Qarayev Pəhlivan Haqverdi oğlu
Müdir
1965-ci ilin mart ayının 07- də Sabirabad rayonunun Surra kəndində anadan olmuşdur.
1990-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnistutunun Fizika – İnformatika və hesablama texnikası üzrə bitirmişdir.
1990-1992 –ci illrədə Sabirabad rayonun Surra kənd tam orta məktəbində müəllim, 1992-1994-cü illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1994-2010-cu illərdə həmin məktəbin direktoru vəzifəsində işləmişdir.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvidir.
2010-cu ildə Sabirabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir.
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
1994-cü ildən hal-hazıra kimi Sabirabad rayon Surra kənd Məntəqə Seçki Komissiyasının sədri vəzifəsində işləyir.
19 aprel 2016-cı il tarixdən Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edir.
Ailəlidir, 2 övladı var.