Mövzu: “Alman dilinin tədrisinin metodikası və didaktikası”
Təlimdə müəllimlər metodiki və didaktik bacarıqlarını inkişaf etdirəcək və tədris üçün yeni biliklər qazanacaqlar.
Təlimçi: Katuna Mçelidvişvili (Goethe İnstitutu)
Məkan: Bakı, 18 saylı məktəb
Tarix: 29-30 aprel, saat 10.00-17.00
Təlimin məqsədi:
•Məqsədyönümlü, kreativ və müxtəlif tipli çalışma və tapşırıqlarla tanış olmaq;
•Aktual tədris materialları ilə tanış olmaq;
•Metodik-didaktik prinsipləri tanımaq və onların dərsdə tətbiqi qaydalarını öyrənmək;
•Xüsusi strategiyalar və dərsliklərdən götürülmüş praktik nümunələr vasitəsilə oxu, dinləmə, yazı və danışıq bacarıqlarını inkişaf etdirmək, onları məşq etmək və özünü qiymətləndirmək;
•Öz dərsinizi təhlil etmək, qiymətləndirmək və bu barədə kollegilal fikir mübadiləsi aparmaq;
•Təlimdə həm dilöyrənən, həm də dilöyrədən rolunda iştirak etmək.
Təlimdə iştirak edən müəllimlərə iştirakı təsdiqləyən sertifikat verilir.
Qeydiyyat: Təlimdə iştirak etmək üçün 19 aprel 2023-cü il tarixinədək cənab Florian Taka, florian.tack@goethe.de ünvanına aşağıda qeyd olunmuş məlumatları göndərmək tələb olunur:
1.Ad, soyad, e-mail ünvanı və telefon nömrəsi
2. İşlədiyiniz müəssisənin adı və ünvanı
Yerlər məhdud olduğu üçün seçim qeydiyyatdan keçmə tarixinə uyğun olaraq ediləcəkdir. (Yəni, kim qeydiyyatdan tez keçirsə, o da seçilir)
Regiondan olan müəllimlərin Bakıya səfər və gecələmə xərcləri ödənilmir.