12.08.2024

İdarə müdiri İmişlidə vətəndaşları qəbul edəcək

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev avqustun 15-də saat 15:00-da İmişli şəhərində həmin rayon üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.

 

Qeyd olunan şəhərin sakinləri 14 avqust 2024-cü il (saat 18:00-dək) tarixinədək Mil-Muğan RTİ-nin Çağrı Mərkəzinin “146-0-6” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (info@sabirabad.edu.gov.az) etməklə və İmişli rayon üzrə təhsil sektorunun (+994) 021246-60-06 nömrəli əlaqə telefonu ilə əlaqə saxlamaqla qəbula yazıla bilərlər.


Açar sözlər: ,