Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev avqustun 22-də saat 15:00-da Beyləqan şəhərində həmin rayon üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.
Qeyd olunan şəhərin sakinləri 21 avqust 2024-cü il (saat 18:00-dək) tarixinədək Mil-Muğan RTİ-nin Çağrı Mərkəzinin “146-0-6” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (info@sabirabad.edu.gov.az) etməklə və Beyləqan rayon üzrə təhsil sektorunun (+994) 519482809 nömrəli əlaqə telefonu ilə əlaqə saxlamaqla qəbula yazıla bilərlər.