Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər Planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 22 yanvar 2016-cı il tarixli, 6 nömrəli Sərəncamı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
9 fevral 2016-cı il
№66
Əlavə: