Azərbaycan Respublikasının xarici dillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin.
2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 sentyabr 2018-ci il
F-644
Ətraflı: