09.10.2026

Sabirabadda məktəblilər arasında basketbol turniri keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində şəhər məktəbləri arasında basketbol turniri keçirilib.

 

Turnirdə şəhər məktəblərini təmsil edən komandalar iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda şagirdlər öz idman bacarıqlarını, çevikliklərini və komanda ruhunu nümayiş etdiriblər.

 

Yarışın nəticələrinə əsasən, Sabirabad şəhər Nəriman Nərimanov adına 2 nömrəli beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyinin komandası I yerə, Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

 

Turnirin sonunda qalib komandalar diplom və medallarla təltif olunublar.

 

Belə yarışların keçirilməsi şagirdlər arasında sağlam həyat tərzinin təşviqinə, idmana marağın artırılmasına, dostluq və komanda ruhunun möhkəmləndirilməsinə mühüm töhfə verir.


Açar sözlər: ,  ,  ,  ,