09.10.2026

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diqqətinə!

İkinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmək istəyən müəllimlər üçün yenidən qeydiyyat prosesinə start verilir.

 

Bir vakant dərs yükü üçün birdən çox namizəd müraciət etdiyi hallarda seçim aşağıdakı meyarlar əsasında aparılacaq:

  • Sertifikatlaşdırmada iştirak etmiş namizədlər arasında nəticəsi daha yüksək olan müəllimə üstünlük veriləcək;
  • Sertifikatlaşdırma prosesində iştirak etməyən namizədlər üçün son qiymətləndirmə nəticəsi (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsi) əsas götürüləcək;
  • İkinci iş yerində fəaliyyətin müəllimin əsas iş yerindəki dərs yükünə və iş qrafikinə mane olmaması nəzərə alınacaq;
  • Əsas iş yeri ilə ikinci iş yeri arasındakı məsafənin uyğunluğu qiymətləndiriləcək.

 

Müəllimlər qeydiyyat üçün təqdim olunan elektron müraciət formasını dolduraraq prosesdə iştirak edə bilərlər.

 

Son qeydiyyat tarixi: 13 oktyabr, saat 10:00-dək.

 

Müəllimlərə qeydiyyat zamanı məlumatları düzgün və tam şəkildə təqdim etmələri tövsiyə olunur.

 

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSesNW2sPdPq-HgGkR_LlOtwl22jLWeoaTcva6bUVPakPDIaOg/viewform


Açar sözlər: ,  ,