21.02.2017

 4 nömrəli  tam orta məktəbdə  bilik yarışları keçirilir

                Sabirabad rayon 4 nömrəli  tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş bilik yarışları keçirilir.

                Yarışlar istedadlı şagirdləri üzə çıxarmaq və onların bilik və bacarıqlarıni, məntiqi təfəkkürünu inkşaf etdirmək məqsədi ilə 10 dekabr  2016-cı ildə başlanıb.  İştirakçılar  I-IV siniflərdən ibarət 8 komanda və V-XI siniflərdən ibarət 8 komanda şəklində yarışırlar.

             Bilik yarışı hər həftənin 6-cı günü keçirilir. Yarışın III mərhələsi başa çatıb. Yarışın final mərhələsi 6 may 2017-ci ildə başa çatacaq. Qalib komanda məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunacaq və hədiyyələrlə mükafatlandırılacaqlar.


Açar sözlər: ,