22.02.2017

Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Sabirabad rayon 4 nömrəli tam orta məktəbdə adını daşıdığı Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş "Duyğu yarpaqları" adlı tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib

Dövlət himnimizin səslənməsindən sonra məktəbin direktoru  Mahir Zahidov çıxış edərək tədbir açıq edib. Ədəbiyyat müəllimi Aynur Salayeva Mikayıl Müşfiqin yaradıcılığı haqqında danışıb. Daha sonra şagirdlər hazırladığı ədəbi - bədii kompozisiyaları nümayiş ediblər.

Tədbir şagirlərin Mikayıl Müşfiqin şeirlərini səsləndirməsi ilə başa çatıb.

 


Açar sözlər: