24.02.2017

Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilir

Sabirabad rayon 4 nömrəli şəhər tam orta məktəbdə V-XI siniflər üzrə tərtib olunan qrafikə əsasən rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilir. Ekskursiyaların məqsədi məktəbliləri muzeyin kolleksiya fondu, ayrı-ayrı dövrlərə aid eksponatlarla tanış etmək, tariximizin və tarixi abidələrin öyrənilməsi, onların qorunub saxlanması ruhunda tərbiyə etmək və vətənpərvərlik ideyalarına sadiq olan şəxsiyyət yetişdirməkdir.

V b sinfi sinif rəhbəri Ülviyyə Həsənovanın rəhbərliyi altında Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edib. Ekskursiyada şagirdlər ayrı-ayrı dövrlərə aid eksponatlarla, rayonun müxtəlif ərazilərindən arxeloji qazıntılar nəticəsində tapılan əmək alətləri ilə tanış olub.

Sonda Ülviyyə müəllim şagirdlərin suallarını cavablandırıb.

Qeyd edək ki, ekskursiyalar tərtib olunmuş qrafikə uyğun olaraq V-XI siniflər üzrə tədris ilinin sonunadək davam edəcək.


Açar sözlər: ,  ,