23.02.2017

Fevralın 23-də Sabirabad Rayon Təhsil Şöbəsində iclas keçirilib

Fevralın 23-də Sabirabad Rayon Təhsil Şöbəsində iclas keçirilib. İclasda Təhsil Şöbəsinin nümayəndələri və məktəb direktorları iştirak edib.

Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev çıxış edərək Təhsil Nazirliyi tərəfindən göndərilən məktub və təlimatlar barəsində məlumat verib.

İclasda ümumi təhsil müəssisələrində müddətli və ya müddətsiz müqavilə əsasında işləyən müəllimlər barədə Təhsil Nazirliyi tərəfindən məlumatlar toplanması, Rayon Təhsil Şöbəsi tərəfindən fevralın 25-də IX siniflər üzrə keçiriləcək sınaq imtahanlarının vaxtı və yerlərinin bir daha dəqiqləşdirilməsi, martın 12-də keçiriləcək buraxılış imtahanlarının birinci mərhələsinə tələb olunan sənədlərin hazılanması və  UTİS proqramında məktəbə daxil olan və məktəbdən xaric olan şagirdlər haqqında məlumatların işlənməsi və yekunlaşdırılması məsələləri müzakirə olunub.

Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev son tapşırıqlar verərək iclası yekunlaşdırıb.


Açar sözlər: ,