25.02.2017

Sabirabad Rayon Təhsil Şöbəsi  IX sinif şagirdləri üçün sınaq imtahanı təşkil edib.

Fevralın 25-də Sabirabad Rayon Təhsil Şöbəsi buraxılış imtahanlarına hazırlıq məqsədi ilə rayon ümumi təhsil məktəblərinin IX sinif şagirdləri üçün sınaq imtahanı təşkil edib.

İmtahan 3-ü şəhər və ikisi kənd məktəbi olmaqla 5 mərkəzdə keçirilib. Ümumilikdə sınaq imtahanında 1817 şagird iştirak edib.

Sınaq imtahanın əvvəlində Təhsil Şöbəsini əməkdaşları nəzarətçi və şagirdlərə imtahanın qaydaları haqqında ümumi məlumat veriblər. Daha sonra Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən orta təhsil (9 illik) səviyyəsində aparılacaq buraxılış imtahanlarında bu il edilən dəyişikliklərlə bağlı nümunəyə uyğun olaraq tərtib olunmuş suallar şagirdlərə təqdim olunub. Şagirdlərə həmçinin, esselərin yazılması üçün də əlavə vaxt verilib.

Sonda şagirdlərin imtahan qaydaları ilə bağlı sualları cavablandırılıb.


Açar sözlər: ,