05.03.2017

VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib

Martın 5-də Sabirabad rayon 5 nömrəli şəhər orta məktəbdə rayon ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 174 şagird iştirak edib. Riyaziyyat fənni üzrə yalnız 6-cı  sinif şagirdləri, digər fənnlər üzrə isə 7-ci sinif şagirdləri iştirak edib.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.


Açar sözlər: ,  ,