07.03.2017

1 nömrəli şəhər tam orta məktəbdə iclas keçirilib

Sabirabad rayon 1 nömrəli şəhər tam orta məktəbin akt zalında iclas keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları və rayon ümumi təhsil məktəblərinin riyaziyyat və azərbaycan dili müəllimləri iştirak edib.

İclasda fevralın 25-də keçirilmiş sınaq imtahanının nəticələri təhlil olunub. Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev çıxış edərək sınaq imtahanının nəticələri barədə danışıb. Təhsil şöbəsinin təhsil meneceri Tural Alışov qeyd edib ki, şagirdlərlə xüsusilə psixoloji söhbətlər aparılaraq martın 12-də keçiriləcək imtahana hazırlaşdırmaq lazımdır. Metod kabinet müdiri Cavad Cəlilov isə bildirib ki, şagirdlər cavab blankını doldurarkən birçox texniki səhvlərə yol veriblər. Bu sahədə şagirdləri dah geniş melumatlandırmağa ehtiyac olduğunu vurğulayıb.

İclas zamanı digər cari məsələlər də müzakirə olunub. İştirakçıların rəy və təklifləri dinlənilib.


Açar sözlər: ,