27 Sentyabr – Anım Günü ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Sabirabad rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülüb, Vətənimizin ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyinin təmin olunması uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların əziz xatirəsi daim ehtiramla anılacaq.