25.09.2026

İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbdə fərqli mühit, fərqli imkanlar!

Yeni Təmayül Tədris Modeli ilə məktəb anlayışı yalnız dərslərin keçirildiyi məkan olmaqdan çıxaraq, şagirdlərin öyrəndiyi, araşdırdığı, əməkdaşlıq etdiyi, yeni bacarıqlar qazandığı və öz potensialını inkişaf etdirdiyi müasir təhsil mühitinə çevrilir.

 

Model çərçivəsində şagirdlər üçün daha əlverişli və məqsədyönlü öyrənmə imkanlarının yaradılması, onların maraq və bacarıqlarının üzə çıxarılması, fərdi inkişafının dəstəklənməsi əsas istiqamətlərdən biridir.

 

Bu çərçivədə məktəblərdə:

  • müasir və məqsədyönlü dərslərin təşkili;
  • rəqəmsal bacarıqların inkişaf etdirilməsi;
  • komanda işi və əməkdaşlıq mühitinin formalaşdırılması;
  • asudə vaxtın səmərəli və faydalı təşkili;

şagirdlərin maraq və potensialının dəstəklənməsi üçün əlavə imkanların yaradılması nəzərdə tutulur.

 

Hər məktəbdə bu imkanlar fərqli şəkildə təqdim oluna bilər. Çünki hər bir şagirdin marağı, öyrənmə tərzi, ehtiyacı və qarşıya qoyduğu hədəf fərqlidir. Məhz buna görə də Yeni Təmayül Tədris Modelində fərqli mühit, fərqli yanaşma və fərqli öyrənmə təcrübəsi formalaşdırılır.

 

Modelin əsas məqsədi isə dəyişməzdir – şagirdlərin ali təhsilə hazırlıq prosesini məktəb daxilində daha səmərəli təşkil etmək, onların fənlər üzrə bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirmək və qəbul imtahanlarına hazırlıq imkanlarını gücləndirmək.

 

Bu yanaşma ilə tədris prosesi yalnız biliklərin mənimsədilməsi ilə məhdudlaşmır. Şagirdlərin müstəqil düşünməsi, araşdırması, komanda ilə işləməsi, rəqəmsal və digər müasir bacarıqlara yiyələnməsi də təhsil prosesinin mühüm hissəsinə çevrilir.

 

Yeni Təmayül Tədris Modeli çərçivəsində şagirdlərin ehtiyac və hədəflərinə uyğunlaşdırılmış, gücləndirilmiş və nəticəyönümlü tədris prosesinin həyata keçirilməsi onların gələcək təhsil və karyera seçimlərinə daha hazırlıqlı addımlamasına imkan yaradır.


Açar sözlər: ,  ,