06.11.2026

Şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri, şəhid ailələrinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Səmimi və duyğusal şəraitdə keçən görüşdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna yeri və əhəmiyyəti vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığının nəticəsi olduğu qeyd edilib. Bildirilib ki, bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adları və xatirələri daim ehtiramla anılacaq.

 

Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının yalnız əlamətdar günlərlə məhdudlaşmadığı, onların hər zaman cəmiyyətin diqqət mərkəzində olmasının vacibliyi xüsusi vurğulanıb. Şəhidlərimizin bizə əmanət qoyduğu ailələrə sahib çıxmağın, onların qayğıları ilə maraqlanmağın və qəhrəmanlarımızın xatirəsini gələcək nəsillərə çatdırmağın hər birimizin mənəvi borcu olduğu bildirilib.

 

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə, ehtirama və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd ediblər.


Açar sözlər: ,  ,