25.09.2026

Anım Gününə həsr olunmuş dərslər və tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə görüşlər keçirilib, dəyrimi masalar təşkil olunub.

 

Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüş və tədbirlər zamanı şagirdlərə 27 Sentyabr - Anım Gününün təsis olunmasının tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçən hərbçilərimizin, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan bütün Vətən övladlarının xatirəsinə dərin ehtiramın ifadəsidir.

 

Tədbirlərdə şəhidlərimizin həyat və döyüş yolundan, onların göstərdikləri misilsiz qəhrəmanlıqdan bəhs olunub. Şagirdlərə Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, həmin torpaqlarda həyatın yenidən canlandırılması barədə məlumatlar çatdırılıb.

 

Şəhid ailələri və qazilərlə keçirilən görüşlər isə tədbirlərin ən duyğulu məqamlarından olub. Şagirdlər Vətən müharibəsi iştirakçılarının xatirələrini dinləyib, onların keçdiyi şərəfli döyüş yolundan bəhs edən fikirlərlə tanış olublar. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq irsinin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.

 

Tədbirlərin bədii hissəsində şagirdlər Vətən, şəhidlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Açar sözlər: ,  ,  ,