09.03.2017

4 nömrəli şəhər tam orta məktəbdə "Fizika gecəsi" keçirilib

4 nömrəli şəhər tam orta məktəbdə "Fizika gecəsi" keçirilib. Gecədə məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahir Zahidov bildirib ki, artıq ənənə şəklini alan fənn  gecələrinin təşkili rəhbərlik etdiyi  məktəbdə özünü doğruldub. Bu gecələrin keçirilməsi fənlərin tədrisi keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə xidmət edir. Belə tədbirlər proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə həvəsini artırır, dünyagörüşünü genişləndirir, elmi məlumatlarını zənginləşdirir.

Fizika müəllimi Südabə Əhmədova Arximed qüvvəsini izah edib. şagirdlər isə maye və qazlara batırılmış cisimə maye və ya qaz tərəfindən təsir edən itələyici qüvvəni təcrübə ilə müşahidə ediblər. Həmçinin digər təcrübələr də aparılıb.

Sonra şagirdlər tanınmış fiziklərin həyatından danışıblar. Gecədə fizikaya aid tapmacalar, müxtəlif suallar verilib və hər bir düzgün cavab verən iştirakçı mükafatlandırılıb.


Açar sözlər: ,  ,