10.03.2017

"Türkiyə Universitetləri Məzunları"  Heydər Əliyev Mərkəzində iclas keçirib.

Heydər Əliyev mərkəzində "Türkiyə Universitetləri Məzunları" ictimai birliyi Sabirabad Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə iclas keçirib. İclasda ictimai birliyin sədri Çingiz Bayramov və digər üzvlər, Rayon İcra hakimiyyətinin nümayəndələri, Təhsil Şöbəsinin nümayəndələri və  rayon ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib.

İclas Dövlət himninin ifası ilə açıq elan olunub.

İclasın keçirilməsində məqsəd 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamını rəhbər tutaraq, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad və radikal sektaların təsirindən qorunması ilə əlaqədar olaraq, gənclər arasında ideoloji maarifləndirmə işi aparmaqdır.

Çingiz Bayramov çıxış edərək bildirib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır.

İctimai birliyin üzvü Səbinə Novruzzadə qeyd edib ki, Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

İclasda həmçinin şagirdlərlə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə fotoşəkili şəkilib


Açar sözlər: ,