13.03.2017

4 nömrəli məktəbdə "Coğrafiya gecəsi" keçirilib

Sabirabad rayon 4 nömrəli şəhər tam orta məktəbdə "Coğrafiya gecəsi" keçirilib. Fənn gecəsində VI-XI sinif şagirdləri və fənn müəllimləri iştirak edib. Gecə Dövlət Himninin ifası ilə başlayıb.

Gecənin aparıcısı coğrafiya fənninin predmeti, onun bir elm kimi inkşaf tarixi, görkəmli səyyahlar və coğrafiyaşunas alimlər, haqqında məlumat verib. Sonra şagirdlər Azərbaycanın inzibati rayonları, ayri-ayrı rayonların özünəməxsus məhsulları, respublikamıza qonşu olan ölkələr haqqında məlumat veriblər. Coğrafiyaya aid suallar tapmacalar və şeirlər səsləndirilib.

Daha sonra şagirdlərdən təşkil olunmuş "Qütb" və "Zirvə " komandaları arasında yarış keçirilib. Yarışda Azərbaycanın inzibatı rayonlarından ibarət mozaika xəritə sökülərək 5 dəqiqə ərzində yığilması tələb olunub Qutb komandası tələb olunan vaxtda xəritəni tamamlamış, bununla bərabər komandalara coğrafiyadan məntiqi suallar verilib. Qalib gələn "Qütb" komandası mükafatlandırılıb.

Gecənin sonunda IV sinif şagirdləri milli rəqs nümunələri ilə çıxış ediblər.


Açar sözlər: ,  ,