17.03.2017

4 nömrəli  məktəbdə bayram tədbiri keçirilib

Martın 17-də  4 nömrəli şəhər tam orta məktəbdə "Elimizə Novruz gəlir" adlı bayram tədbiri keçirilib. Tədbirdə şagird, müəllim kollektivi və valideyinlər iştirak edib.

Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb.  Məktəbin direktoru Mahir Zahidov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra Uşaq Birliyinin rəhbəri Vüsalə Həsənovanın təşkilatçılığı ilə hazırlanmış kompozisiyalar nümayiş olunub. Şagirdlər səməni və yallı rəqsləri ifa edib. Daha sonra XI və IV sinif şagirdləri tərəfindən hazırlanmış əyləncəli parodiyalar göstərilib. Kosa və keçəl isə şənliyi daha da əyləncəli edib.

Həmçinin şagirdlər arasında "Ən yaxşı Novruz süfrəsi" adlı müsabiqə keçirilib. IV-a sinifinin hazırladığı süfrə birinci yerə laiq görülüb.  Şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,