29.03.2017

Yaxadəllək kəndində də yeni məktəb tikilir

Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqrama uyğun olaraq yeni məktəblərin tikintisi və təmiri davam edir. Ötən il 500-dən çox yeni məktəb tikilib, mövcud məktəblər isə təmir edilib.

"Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqlarla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın”. Prezidenti İlham Əliyev bu  fikirləri  Nazirlər Kabinetinin  “2016- cı ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasdaki nitqində səsləndirib.

Sabirabad rayon Yaxadəllək kəndində də yeni məktəb tikilir. 360 şagird yerlik nəzərdə tutulan məktəb istifadəyə verildikdən sonra  təlim-tərbiyə prosesi təkmilləşdiriləcək, təhsilin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradılacaq, maddi-texniki və tədris bazası möhkəmlənəcək, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi reallaşdırılacaq.

Bütün aparılan islahatların məqsədi məktəblərin maddi-texniki bazası, istərsə də təhsilin digər sahələrində yalnız keyfiyyətin yüksəldilməsinə xidmət edir.


Açar sözlər: ,