17.04.2017

4 nömrəli tam orta məktəbin şagirdləri arasında  şahmat yarışı keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ”Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalında iştirak edəcək komandanın tərkibini müəyyənləşdirmək üçün yarışlar davam etdirilir.

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri arasında da şahmat yarışı keçirilib. Yarış şahmat fənni tədris olunan II-IV sinif şagirdlərinin arasında keçirilib. Yarışda 24 şagird iştirak edib. Sonda "Qala" komandası bütün rəqiblərinə üstün gəlib. Komandanın üzvlərini təqdim edirik: Nicat Mirzəyev, Rəhimli İsmayıl, Mehdizadə Sadiq, Heydarlı Hakimə, Əliyeva Xədicə, Qasımova Gilas.

Qeyd edək ki, yarışın rayon mərhələsi aprelin 21-də keçiriləcək.


Açar sözlər: ,  ,