18.04.2017

Baba Xəlilzadə yaşının az omasına baxmayaraq artıq dünya çempionudur

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin 2a sinif şagirdi Baba Xəlilzadə yaşının az omasına baxmayaraq artıq dünya çempionudur. Baba idmanda əldə etdiyi naliyyətlərə görə öz həmyaşıdlarından fərqlənir. O, 6 yaşında olarkən "Juboksinq citsu" idman növü üzrə məşqlərə başlayıb.

2016-cı il oktyabırın 16-da Bakı şəhərində keçirilən "Juboksinq Citsu üzrə Respublika Kuboku" da 6-8 yaşlı, 20 kq çəki dərəcəsində olan uşaqlar arasında rəqiblərinin üstələyərək Respublika birincisi olmuşdur.

2016-cı il 2-4 oktyabr tarixlərdə Dünya Juboksinq Citsu Fedarasiyası tərəfindən Bakı şəhərində 4-6 yaş, 18 kq çəki dərəcəsi üzrə keçirilən "Dünya Çepionları Kuboku" yarışında I ci yerə çıxıb.

2017-ci fevralın 12-də Azərbaycan juboksinq Citsu Fedarasiyası tərəfindən "Xocalı Soyqırımı"na həsr olunmuş yarışda yenidən bütün rəqiblərinə qalib gələrək respublika birincisi olub.

207-ci il 8-9 aprel tarixlərdə Gənclər və İdman Nazirliyinin keçirdiyi "Azərbaycan Çempionatı"da bir daha rəqiblərini üstələyərək I yerə çıxıb.

Baba təkcə idmanda naliyyətlər qazanmaqla kifayətlənmir. O, məktəbdə özünü intizamlı apardığına, dərs zamanı göstərdiyi fəallığa görə məktəbin direktoru və sinif rəhbəri tərəfindən də dəfələrlə diplom, tərifnamə və fəxri fərmanlarla mükafatlandırılıb.