20.04.2017

Sabirabad rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalında iştirak etmək üçün Sabirabad rayon “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdir.

Yarışda 8 pilot məktəb -  şəhər 1, 2, 3, 4, 5 nömrəli tam orta, Axısqa və Ulacalı kənd tam orta məktəblərin şagirdləri iştirak edib.

Şəxsi nəticlərinə görə isə ilk 3 yeri aşağıdakı iştirakçılar tutub:

Oğlanlar

Qızlar

I

Ağacan Rzayev

Şəhər 5 N  t.o.m

Nuray Bağırzadə

Şəhər  1N t.o.m

II

Balaxan Abışıv

Ulacalı t.o.m

Xədicə Əliyeva

Şəhər  4N t.o.m

III

Əsgər Hüseynov

Şəhər 1 N  t.o.m

Afət Dostuyeva

Ulacalı t.o.m