21.04.2017

4 nömrəli şəhər tam orta məktəbdə "Çaylarımızın ekoloji vəziyyəti" mövzusunda açıq dərs keçirilib

4 nömrəli şəhər tam orta məktəbdə coğrafiya müəllimi Əsgərova VII-b sinfində "Çaylarımızın ekoloji vəziyyəti" mövzusunda açıq dərs keçirilib. Dərsdə məktəbin direktoru Mahir Zahidov, təlim-tərbiyəişləri üzrə direktor müavini Nigar Cahangirova, təşkilatçı müavin Bəhmən Quliyev və məktəbin müəllimləri iştirak edib. 

Nurlana müəllim respublika ərazisindən axan çayların çirkənmə vasitələrini, Tbilisi şəhərində Kür çayına axıdılan çirkli suları və Ermənistan ərazisində isə Araz çayına sənaye müəssisələrindən heç bir təmizlənmə aparılmadan suların axıdılması haqqında danışıb.  Sonra şagidlərlə çirklənmiş sular təbii yolla təmizlənə bilərmi?,  Fikrinizcə, Yer üzündə içməli suyun miqdarı necə dəyişir? sualları ətrafında müzakirələr aparılıb.

Sonda açıq dərs müzakirə edilib. Dərs prosesi tələblərə uygun aparılıb


Açar sözlər: ,  ,