24.04.2017

Uşaq Musiqi Məktəbi və 4 nömrəli məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Ü. Hacıbəyov adına Uşaq Musiqi Məktəbi və 4 nömrəli məktəbin birgə təşkilatçılığı ilə şagirdlər arasında incəsənətə və mədəniyyət sahəlirnə olan meyl və maraqlarını artırmaq, inkşaf etdirmək və bu sahədə istedalı şagirdləri üzə çıxarmaq məqsədi ilə tədbir keçirib. Tədbirdə Uşaq Musiqi Məktəbi rəhbərliyi və  yaradıcı heyəti, 4 nömrəli məktəbin müəllim və şagirdləri iştirak edib. Tədbir Dövlət Himni səsslənməsi ilə başlanıb. Məktəbin direktoru Mahir Zahidov  gələn qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Sonra tədbir musiqi məktəbinin tədris hissə müdiri Aynur Rəhimovanın aparıcılığı ilə davam etdib.Tədbirdə şagirdlər musiqi alətləri ilə müxtəlif musiqilər ifa ediblər. 4 saylı məktəbin musiqi məktəbində oxuyan şagirdləri də fəal iştirak edib.

Sonda şagirdlər milli rəqsləri ifa ediblər. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.