03.05.2017

"Təqvim" mövzusunda açıq dərs keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə, 2b sinfində riyaziyyat müəllimi Lalə Tağıyevanın "Təqvim" mövzusunda açıq dərsi keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs fəal və interaktiv təlim metodlarından istifadə edilərək keçirilib.

Açıq dərsdə fərdi sual-cavab, müzakirə, beyin həmləsi iş üsullarından, dərslik və iş vərəqlərindən istifadə olunub. Şagirdlər 4 qrupa - "Yaz", "Yay", "Payız" və "Qış" qruplarına bölünərək, verilmiş tədqiqat sualı üzərində çalışıblar. Sonra qrup rəhbrərləri "Təqvim bizə nə üçün lazımdır?" sualı ətrafında hazırlanmış cavablarını müəllimə təqdim ediblər. Daha sonra təqdim olunan cavablar nəzərdən keçirilərək müzakirə edilib. Qruplar bir neçə meyar göstəricilərinə əsasən qiymətləndirilib.

Sonda açıq dərs müzakirə olunub. Məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən kiçik nöqsanlar qeyd olunaraq, metodik tövsiyələr verilib. Ümumilikdə dərs yaxşı qiymətləndirilib.


Açar sözlər: ,  ,