05.05.2017

"Mənəviyyatlı şəxs kimdir" mövzusunda dəyirmi masa ətrafında diskussiya keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin (“08” fevral 2017-ci il tarixli, 87 №-li) və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (“01” fevral 2017-ci il tarixli, 12 №-li) birgə əmri ilə təsdiq edilmiş, təhsil müəssisələrində şagirdlərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması məqsədilə "Mənəviyyatlı şəxs kimdir" mövzusunda dəyirmi masa ətrafında diskussiya keçirilib. Dəyirmi masada məktəb rəhbərliyi, azərbaycan dili və tarix müəllimləri və şagirdlər iştirak edib.

Tarix müəllimi Aidə Salayeva çıxış edərək bildirib ki, Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri söz sənəti olan bədii ədəbiyyatdır.

Sonra şagirdlər sağlam mənəviyyatlı insanı formalaşdıran mühit və şərait, mühitin şəxsiyyətin formalaşmasına təsirləri haqqında fikirlərini söyləyiblər.