10.05.2017

Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb. Məktəbin direktoru Mahir Zahidov tədbiri açıq elan edərək, ümummilli lider Heydər Əliyevin zəngin irsi və həyat yolundan məktəbin pedoqoji və şagird kolektivinə geniş məlumat verib. Sonra ümummilli liderin 94 illiyinə həsr olunmuş "inşa müsabiqəsinin" qalibləri və "Bilik yarışının" qalibləri məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb.

Sonda Uşaq Birliyinin rəhbəri Vüsalə Həsənovanın rəhbərliyi ilə yaradılmış, V-IX sinif şagirdlərindən ibarət "Gənc Heydərçilər" dərnəyi bədii kompazisiyalar ilə çıxış edib.


Açar sözlər: ,