10.05.2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edimiş bilik yarışı keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə 10 dekabr 2016-cı il tarixdən start verilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edimiş bilik yarışının final mərhələsi keçirilib. Yarış istedalı şagirdləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını inkşaf etdirmək, məktəbin kitabxanasında oxucu fəallığını artırmaq məqsədilə II-IV sinif şagirdlərindən ibarət 8 komanda və V-XI sinif şagirdlərindən ibarət 8 komanda şəklində keçirilib.

Yarışda mərhələdə məntiqdən və məktəbin kitabxana fondundan olan bədii kitablardan tərtib olunan suallardan da istifadə olunub. 8 mərhələdən sonra ən cox xal toplamış ibtidai siniflər üzrə "Atəş", "Əlaçılar və "Səma", V-XI siniflər üzrə isə "Evrika", "Güvən" və " Uğur" final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının qalibləri ibtidai siniflər üzrə "Atəş" komanası, V-XI siniflər üzrə isə "Uğur" komandası olub. Qalib komandaların üzvləri məktəb rəhbərliyi tərəfindən diplomla təltif edilib.


Açar sözlər: ,  ,