15.05.2017

“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərov, Təhsilin İnnovativ İnkişafı mərkəzinin təlimçisi Cavid Baxışəliyev, Sabirabad rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov, valideynlər və IX, X, XI sinif şagirdləri iştirak edib.

Məqsəd gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq, valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi, məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərməkdir.

Məktəbin direktoru Mahir Zahidov tədbiri giriş sözü ilə açaraq qonaqlari təqdim edib. Sonra Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərov çıxış edərək bildirib ki, müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır.

Sonda valideyn və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: