16.05.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən müəllimlərinin yekun qiymətləndirilməsi keçirilib

Mayın 16-da Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsi tərəfindən rayon ümumtəhsil məktəblərinin ixtisasartırma təlimlərində iştirak etmiş ibtidai sinif müəllimlərinin yekun qiymətləndirilməsi keçirilib.

"Təhsildə İnnovativ Texnologiyalar" (İTE)  Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş 120 saatlıq ixtisasartırma təlimlərində rayon ümumtəhsil məktəblərində çalışan 240 ibtidai sinif müəllimi iştirak edib. Təlimləri başa vurmuş müdavimlər bu gün TİPİİ Qiymətlədirmə şöbəsi tərəfindən təşkil edilən yekun imtahanlarda iştirak edib və müvafiq sertifikatlarla təmin olunacaqlar. Müəllimlər 2 saat ərzində onlara ixtisasları üzrə təqdim olunmuş 60 sualı cavablandırıblar.

Qeyd edək ki, , Azərbaycan dili və riyaziyyat müəllimlərinin yekun qiymətləndirilməsi mayın 17-də 1 nömrəli tam orta məktəbdə keçiriləcəkdir.


Açar sözlər: ,