18.05.2017

Monitorinq imtahanı keçirilib

Sabirabad  şəhər 4 nömrəli tam orta məktəbdə məzmun standartlarının reallaşdırılmasının yoxlanılması  və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə  monitorinq imtahanı keçirilib. İmtahan V-VIII siniflər üzrə fiziki tərbiyə, texnologiya və təsviri incəsənət fənləri istisna olmaqla digər bütün  fənlər üzrə hər birindən 10 sual olmaqla iki mərhələdə keçirilib.

Birinci mərhələdə V-VI siniflər üzrə 5 fəndən, VII-VIII siniflər üzrə isə 6 fəndən, ikinci mərhələdə isə digər fənlərdən keçirilib. Sualları cavablandırmaq üçün şagirdlərə 2 saat vaxt verilib. Müvafiq fənlər üzrə ümumi sualın 80%-i açıq tipli, 20%-i qapalı tipli tərtib edilib. İmtahan məktəbdə yaradılmış komissiya tərəfindən aparılıb. Fənn müəllimləri imtahan prosesindən azad edilib, imtahana nəzarətçilər məktəbin laborantları, uşaq birliyi rəhbəri və məktəbin psixoloqu təyin edilib. İmtahanda ümumilikdə 125 şagird iştirak edib.


Açar sözlər: ,