23.05.2017

9-11-ci sinif şagirdləri üçün sınaq imtahanları təşkil edilib

Sabirabad Rayon Təhsil Şöbəsi tərəfindən 9-11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanları təşkil edilib. Sınaq imtahanları ucqar kənd məktəbləri nəzərə alınaraq, 9 mərkəzdə keçirilib.

İmtahanda 1486 nəfər 9-cu sinif şagirdi, 1212 nəfər isə 11 ci sinif şagirdi iştirak edib. 9-cu sinif şagirdlərinə Azərbaycan dili və riyaziyyat fənlərindən, 11-ci sinif şagirdlərinə isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə testlər təqdim edilib.


Açar sözlər: ,