30.05.2017

Qəzli kənd tam orta məktəbdə "İntellektualların uğuru" adlı tədbir keçirilib

Sabirabad rayon Qəzli kənd tam orta məktəbdə "İntellektualların uğuru" adlı tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin təhsil meneceri Tural Alışov, məktəb direktorları, valideynlər, pedaqoji heyət və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd intellektual yarışmalarda Sabirabad rayonunu təmsil edən şagirdləri mükafatlandırmaq, həmçinin digər şagirdlərdə stimul yaratmaq, bilik yarışmalarına, təhislə olan diqqət və həvəsi artırmaqdır.

Məktəbin direktoru Heydər Rüstəmov çıxış edərək bildirib ki, məktəbin komandasın uğur qazanmasında müəllimlərin zəhməti ilə yanaşı, valideynlərin övladların təhsilinə diqqət və qayğı ilə yanaşmasının böyük təsiri vardır. Sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək  yarışmaların əhəmiyyətindən danışıblar.

Daha sonra şagirdlərin iştirak etdiyi bilik yarışmalarını əks etdirən video-sujet nümayiş etdirilib.

Sonda yarışlarda iştirak edən komanda üzvləri - Simarə Rəhimova, Günay Bağırova, Şəbnəm Bağırova, Vasif Rüstəmov və Nəzrin Şirvanlı fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,