02.06.2017

2 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib

Sabirabad şəhər 2 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında bilik yarışı keçirilib. Yarış üçün hazırlanmış suallar Azərbaycan dili, ədəbiyyat, kimya, biologiya, coğrafiya, tarix, fizika və informatika fənlərini əhatə edib.

Məktəbin coğrafiya müəllimi Rüfət İbrahimli tərfindən təşkil olunan yarışda, hər birində 5 şagird olmaqla 6 komanda - "Omeqa", "Alfa", "Xəmsə", "Zeus", "Qız qalası"  və "Əlaçı" komandaları mübarizə aparıb. Aktivliyi ilə seçilən "Alfa" komandası yarışı birinci yerdə başa vurub. "Omeqa" və "Əlaçı" komandaları isə uyğun olaraq II və III yerləri bölüşüblər.

Sonda "Alfa" komandası kubok və medalla, "Omeqa" və "Əlaçı" komandaları isə medalla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,