01.06.2017

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri təşkil edilib

Sabirabad rayon Gənclər Mərkəzində şagirdlər üçün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri təşkil edilib. Bayram tədbirində Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək uşaqları təbrik edib və onlara ən xoş arzularını bildirib.

Tədbirdə şagirdlərin rəsm əsərləri də sərgilənib. Şagirdlər arasında keçirilən "Ən yaxşı rəsm" müsabiqəsinin qalibi 5 nömrəli şəhər tam orta məktəbin şagirdi Fəridə Atakişili və  IV İslam Həmrəyliyi Oyunlarının iştirakçısı, 1 nömrəli şəhər orta məktəbin şagirdi Tahir Quliyev rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Tədbir şagirdlərin müxtəlif kompozisiyaları ilə davam edib. Sonda tədbirdə iştirak edən şagirdlərə hədiyyələr təqdim edilib.