05.06.2017

4 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Məktəblilər əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Şagirdlər sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla tanış olublar.

Burada keçirilən dərsdə ekskursiya iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 4 nömrəli məktəbdə hər həftə davamlı olaraq, şagirdlər üçün qruplarla Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunur.