08.06.2017

"Kitabların dili" adlı tədbir keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə "Kitabların dili" adlı tədbir keçirilib. Təhsil şöbəsinin nümayəndələri, valideynlər və məktəbin pedaqoji kollektivinin iştirak etdiyi tədbirdə şagirdlər 1 il ərzində öyrəndikləri bilik və bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə məktəblilər kitablara, hərflərə, fəsillərə həsr edilmiş müxtəlif kompozisiyalarla çıxış ediblər. Daha sonra tədbir şagirdlərin ifasında şeir, mahnı və rəqs nömrələri ilə davam etdirilib.

Birincilər oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdiriblər.


Açar sözlər: ,