13.06.2017

Təhsil Şurasının növbəti iclası keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Təhsil şöbəsinin müdir Pəhlivan Qarayev çıxış edərək şura iclasının gündəliyində duran məsələlər haqqında qısa məlumat verib və təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb.

İclasda ilk olaraq məktəblərdə təşkil olunan “Son zəng” tədbirində qonaqların dəvət olunması, tədbirin yalnız məktəb ərazisində keçirilməsi və xüsusi olaraq yuxarı sinif şagirdlərinə ciddi nəzarətin təşkil olunması müzakirə edilib və müvafiq göstərişlər verilib.

Sonra Buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədilə 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanlarının nəticələri müzakirə olunub.

İclasda həmçinin, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, məktəblərin dərsliklərlə təminatı və digər məsələlər müzakirə olunub.

Sonda məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: