14.06.2017

Bu gün məktəblərdə “Son zəng” qeyd olunub

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Sabirabad rayon ümumtəhsil məktəblərində “Son zəng” çalınıb.

“Son zəng” tədbiri təhsil naziri Mikayıl Cabbarovun 8 iyun 2017-ci il tarixli 128 nömrəli əmrinə əsasən yalnız ümumi təhsil müəssisələrinin həyətində keçirilir.

Tədbirlərdə Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər

2016-2017-ci tədris ilində Sabirabad rayonundakı ümumitəhsil məktəblərinin I siniflərini 1561,  IX siniflərini 2871 nəfər, XI siniflərini 2034 nəfər şagird bitirəcək.

Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və müxtəlif səhnəciklər göstərilib. Dərs ili ərzində tədrisdə xüsusi fərqlənən müəllim və şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,