30.06.2017

4 nömrəli tam orta məktəbin şagirdləri üçün ekskursiya təşkil olunub

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri üçün ölkəmizin maddi-mənəvi dəyəri olan, Şirvanşahlar sarayı, Şəhidlər xiyabanına, Qız Qalası və Qobustan Dövlət Qoruğuna ekskursiya təşkil olunub. Ekskursiya şagirdlərin əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, tarixi yerlər, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq məqsədi ilə həyata keçirilib.

Şagirdlər ilk olaraq Qobustan Dövlət Qoruğunda və muzeydəki tarixi səhnələrdəki həyat tərzi şagirdlərdə həyəcanlı anlar yaşadıb. Qayaüstü rəsmlər, qaval daşları şagirdlərdə xüsusi marağa səbəb olub.

Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekskursiyada, tarix müəllimi tərəfindən maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Sonra Şəhidlər xiyabanına gələn şagirdlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.


Açar sözlər: ,