17.07.2017

İdmançı şagirdlərlə görüş keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsində sərbəst və yunan-Roma güləşi üzrə rayonu müxtəlif yarışlarda uğurla təmsil edən  I-IX sinif şagirdləri ilə görüş keçirilib.

Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev şagirdləri uğurlu çıxışıları münasibətilə təbrik edib və bu uğurların qazanılmasının ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının nəticəsində mümkün olduğunu vurğulayıb.

Öz qələbə sevinclərini bölüşən qalib idmançılar bundan sonra da ölkəmizi və rayonu layiqincə təmsil edəcəklərinə, yeni idman qələbələri bəxş edəcəklərinə söz veriblər.

Qeyd edək ki, güləşçilər 2017-ci il ərzində Respublika üzrə keçirilən müxtəlif yarışlarda 70-dən çox medal qazanıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılar yarışlarda 2 qızıl, 1 gümüş və 6 bürünc olmaqla, 9 medal qazanıblar. 23 kq çəki dərəcəsində Samir Hümbətov I yer, 35 kq çəki dərəcəsində Məhəmmədəli Əhmədov I yer, 32 kq çəki dərəcəsində Rahil Atakişiyev II yer və Hüseyn Əlizadə, Məhəmmədəli İsmayılzadə, Əhməd Əhmədov, Əsəd Kərimov, Əkbər Əliyev, Kənan İsmayılov III yeri tutublar.

Görüşün sonunda yarışlarda uğurla iştirak etmiş məktəbli idmançılar fəxri fərmanlarla təltif olunublar.

 


Açar sözlər: