19.09.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən müəllimlərinin sertifaktlaşdırma imtahanı həyata keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə Sabirabad, Saatlı və İmişli rayonları üzrə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimlərinin sertifaktlaşdırma imtahanı həyata keçirilib.

İmtahanda müəllimlər 40 dəqiqə ərzində 25 test sualı cavablandırıblar. Müəllimlərin göstərdiyi nəticələr sertifikatlarında qeyd ediləcək.

Ümumilikdə 247 müəllimin iştirak etdiyi imtahanda Sabirabad rayon ümumi təhsil məktəblərindən 92 ibtidai sinif müəllimi imtahan verib.

2017-2018-ci tədris ilində Sabirabad rayonu üzrə 102 məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Qruplarda dərsləri əvvəlki və bu ilki ildə yalnız sertifikat almış ibtidai sinif müəllimləri aparacaqlar.

Qeyd edək ki, Sabirabad rayon ümumi təhsil məktəblərinin hazırlıq qruplarında dərs deyəcək müəllimləri üçün iyul ayının 17-dən avqustun 4-dək TİPİİ-in təlimçiləri tərəfindən təlimlər keçirilib.