22.09.2017

4 nömrəli tam orta məktəbdə "Beynəlxalq sülh günü"nə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 21-də Sabairabad şəhər 4 nömrəli tam orta məktəbdə "Beynəlxalq sülh günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə şagirdlərin ifasında sülh, vətən və azadlıq mövzularında müxtəlif mahnılar ifa olunub, şeirlər səsləndirilib. Məktəbin direktoru Mahir Zahidov çıxış edərək bildirib ki, Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Hər bir cəmiyyətdə sülh mədəniyyətinin formalaşması, dünyada sülhün bərqərar olmasının əsas amilidir.


Açar sözlər: ,