05.10.2017

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Sabirabad şəhər 4 nömrəli məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirdə şagirdlər tərəfindən müəllimlərə həsr edilmiş musiqi və şeirlər səsləndirilib.

Dövlət başçısının sərəncamı ilə təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif  olunmuş Solmaz Zeynalova çıxış edərək 2 qat bayram sevinci yaşadığını bildirib.

Həmçinin, Solmaz Zenalova, Aynur Salayeva, Bikə Dərgahova, Ellada Salmanova, İradə Məmmədova RayonTəhsil Şöbəsi tərəfindən fəxri fərmanla təltif olunublar.

Sonda müəllimlərə həsr olunmuş video sujet nümaiş olunub.


Açar sözlər: ,