17.10.2017

“Həmkardan həmkara dəstək” layihəsinin müəllifi - Mahir Zahidov

Mahir Zahidov - Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkşaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş “Həmkardan həmkara dəstək” layihəsinin müəllifi.

"Təhsil Nazirliyinin elan etdiyi qrant müsabiqəsini informasiya vasitələrindən oxuyanda cox sevindim. Bu istəyimi həyata keçməsi üçün sanki, bir böyuk şansın yarandığını düşündüm. Böyük həvəslə layihəni hazırlayıb müsabiqəyə təqdim etdim və I qrant müsabiqəsinin qalibi oldum. Məktəblərdə təhsil bazasının ibtidai siniflərdə qoyulduğunu və buraxılış siniflərində Azərbaycan dili və riyaziyyat fənlərinin əsas götürüldüyünü nəzərə alaraq təqdim etdiyim layihədə respublikanın 11 rayonunda ibtidai sinif, Azərbaycan dili və riyaziyyat müəllimləri cəlb olunacaqdır. Bu gün qazandığım bu uğurla və təhsilimizin gələcək inkşafina verdiyim töhfəyə görə böyük qürur hissi keçirirəm və təhsil nazirimiz  cənab Mikayıl Cabbarova dərin təşəkkür edirəm ki, bizə istəklərimizi reallaşdırmaq üçün belə imkanlar yaradılıb. Bu qazandığımız uğurlar bizim gələcək işlərimizə stimul verəcəkdir."


Açar sözlər: ,  ,